Ana səhifə
10 Dekabr 2018

Ramiz Mehdiyev Rusiyada səfərdədir

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Rusiyada səfərdədir.

Səfərdə məqsəd MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI iclasında iştirak etməkdir.  

Görüşdə nümayəndə heyətlərinin başçıları MDB məkanında milli və beynəlxalq təhlükəsizliyin təminatını, təşkilata üzv ölkələrin Antiterror mərkəzlərinin fəaliyyətini, radikal təmayüllü dini cərəyanların yayılmasına qarşı mübarizə məsələlərini müzakirə edirlər. 

MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri təşkilat ölkələrinin vahid epidemioloji məkanı ərazisində birgə fəaliyyət mexanizmini, hibrid müharibələrində informasiya amilini də nəzərdən keçirirlər. 

Görüşdə, həmçinin Əfqanıstandakı hərbi-siyasi vəziyyət, Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək planlaşdırılır.

Görüşdə terror təşkilatlarının maliyyələşdirilməsinin, o cümlədən cinayət yolu əldə edilən gəlirin leqallaşdırılmasının qarşısının alınması istiqamətində birgə fəaliyyətə dair məsələlər də müzakirə olunur. report

Tarix
21 Noyabr 2018 [12:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin