Ana səhifə
13 Dekabr 2018

Məhəbbət Vəliyeva: "Təhsildə gedən dəyişikliklər yalnız forma və təşkilatı məsələləri əhatə etmir"

"Təhsildə baş verən dəyişikliklər yalnız forma və təşkilatı məsələləri əhatə etmir, eyni zamanda məzmun və şagirdlərin əldə etdikləri bacarıqların təkmilləşdirilməsinə yönəlib".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış mərasimində deyib. Onun sözlərinə görə, son 5 il ərzində təhsilin bütün sahələrində əsaslı nailiyyətlər əldə edilib: "Təhsil ölkənin bütün əhalisi üçün əhatəliliyi, genişliyi, əl çatanlığı baxımından böyük əhəmiyyət kəsb edir. 11 ildir tədbiq olunan kurikulum əsasında şagirdlərə aşılanması vacib olan amillər arasında maliyyə savadlılığı da önəm kəsb edən istiqamətlərdəndir".

Nazir müavini qeyd edib ki, məktəblərdə tədris olunan Həyat bilgisi fənnində şagirdlər məhz bu yöndə müvafiq bilik və bacarıqlara yiyələnirlər: "Bu gün dövlət və özəl sektor arasındakı əməkdaşlıq nəticəsində XXI əsrin bacarıqlarına yönələn müxtəlif layihələrin tədbiqi Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətlərdəndir. Bu istiqamətdə müxtəlif miqyaslı maliyyə savadlılığının artırılması ilə bağlı layihələr həyata keçirilir".

Adıçəkilən layihənin məktəbyaşlı uşaqlar arasındakı keçirilməsinin əhəmiyyətinə toxunan M.Vəliyeva bildirib ki, ilkin yaşda uşaqlarda maliyyə savadlılığı və sahibkarlıqla bağlı müvafiq bacarıqların formalaşdırılması onların gələcək həyatlarında, iqtisadi cəhətdən özlərinin təminatında mühüm rol oynayacaq: "Ona görə də bu qəbildən olan layihələrin gələcəkdə də tədbiqi nazirliyin marağındadır. Layihə tək Bakıda deyil regionlarda da tədbiq olunacaq. Nəticədə nazirliklə özəl təşkilatlar arasında bu istiqamətdə işin uzun olacağından xəbər verir". 

Tarix
21 Noyabr 2018 [11:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin