Nazim İbrahimovun qardaşının məhkəməsi başladı

11:05 - 21 Noyabr 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun məhkəməsi başlayıb. 

Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, S. İbrahimov 1971-ci ildə Naxçıvan şəhəri, Babək rayonu, Nehrəm kəndində anadan olub. Ali təhsilli olan S. İbrahimov hazırda işsizdir və fərdi biznes fəaliyyəti ilə məşğuldur. 

O bildirib ki, vəkili prosesdə iştirak etmir: "Telefon zənglərimizə cavab vermir". 

Zərərçəkmişlərdən Etibar Allahverdiyev məhkəmədə iştirak edib. O, istintaq zamanı 162 min 400 dollarlıq maddi ziyana görə, 50 min manat isə mənəvi ziyana görə mülki iddia qaldırıb. 

Proses noyabrın 28-də davam etdiriləcək. 

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır. 

O, 52 nəfərə 2 milyon manat "atmaq"da ittiham olunur, istintaq zamanı həmin şəxslərin pulunu qaytarıb.

S. İbrahimov istintaqın ilk mərhələsində həbs olunsa da, daha sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır. qafqazinfo

Xəbər xətti