Ana səhifə
11 Dekabr 2018

Kosovolu futbolçu: "Bunu ölkəmiz, ailəmiz və qanımız üçün etdik”

“Çətin olacağını gözləyirdik” – Valon Berişa

"Azərbaycan yığması favorit idi. Çünki kifayət qədər təcrübələri var. Uzun müddətdi bir yerdə oynayırlar. Ancaq biz də yaxşı komanda olduğumuzu bilirdik". “Komandamla fəxr edirəm. Bunu ölkəmiz, ailəmiz və qanımız üçün etdik”. Matç.az saytının Kosovo mətbuatına istinadən məlumatına görə, bunu yerli komandanın vitse-kapitanı Valon Berişa deyib.

“Latsio”nun yarımmüdafiəçisi Millətlər Liqasının son turunda Azərbaycan üzərində qazanılan 4:0 hesablı qələbəni dəyərləndirib. 25 yaşlı oyunçu bu hesabı gözləmədiklərini etiraf edib: “Azərbaycan yığması favorit idi. Çünki kifayət qədər təcrübələri var. Uzun müddətdi bir yerdə oynayırlar. Ancaq biz də yaxşı komanda olduğumuzu bilirdik. İstedadlıyıq, komanda şəklində yüksək motivasiyada mübarizə aparıb, qalib gəldik. Əslində qələbə qazanacağımızı düşünürdük. Ancaq 4:0 hesabı ilə deyil. Daha çətin olacağını gözləyirdik”.

Kosovonu kapitan sarğısında meydana çıxaran Berişa azarkeşlərə təşəkkür edib: “Milli komanda ilə bağlı seçim edərkən çox düşünməmişdim. Düzdü, Norveçdə böyümüşəm, ilk addımlarımı orda atmışam. Ancaq öz ölkəm üçün oynamaq imkanı əldə etdiyim zaman bundan yararlandım. Mənə bu fürsəti verdikləri üçün çox sevinirəm. Onlar mənə ölkəm üçün oynamaq imkanı qazandırdılar. Priştinada oynayanda hər zaman gözəl hisslər keçiririk. Bilirəm ki, gəlmək imkanı olan bütün azarkeşlər bu gün tribunalarda idilər. Gələ bilməyən çox sayda azarkeş olduğunu da başa düşürəm. Evdən dəstək olanlara da təşəkkür edirəm. Burda olanlar bizi qələbəyə səslədi, əlavə motivasiya verdi”.

Tarix
21 Noyabr 2018 [10:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin