Ana səhifə
10 Dekabr 2018

AQTA: Şəkidə səhhətində problem yaranan müəllim və şagirdlər qidadan zəhərlənməyib

"İlkin araşdırmalara əsasən, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilərin özlərini pis hiss etməsi hadisəsi qida zəhərlənməsindən baş verməyib. Çünki 240 nəfər müəllim və şagird heyətindən cəmi 5 nəfərin səhhətində problem yaranıb". 

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Agentlikdən qeyd olunub ki, hadisənin soyuqdəymə, allergik və digər səbəblərdən baş vermə ehtimalı mövcuddur.

Bildirilib ki, hadisənin səbəblərinin konkret şəkildə aydınlaşdırılması üçün əraziyə ezam olunan Agentliyin mütəxəssisləri laborator müayinələr üçün nümunələr götürüb və müvafiq laboratoriyaya təqdim olunub: "Aparılan laborator müayinələrin nəticələri ilə bağlı yekun məlumat ictimaiyyətə təqdim olunacaq".

Tarix
20 Noyabr 2018 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin