Türkiyə həbsxanalarında nə qədər azərbaycanlı var?

19:43 - 20 Noyabr 2018 - Xəbər

Türkiyə Ədliyyə Nazirliyi Türkiyə Böyük Millət Məclisi İnsan Haqlarının Təhlili Komissiyası qarşısında rəsmi təqdimatla çıxış edib.

Oxu.Az xəbər verir ki, nazirlik Türkiyədəki həbsxanalarda olan əcnəbilərin statistikasını açıqlayıb. Üç milyon 500 min nəfərlə ölkədə yaşayan əcnəbilərə liderlik edən suriyalılar həbsxanalarda olan əcnəbilərin 40 faizini təşkil edirlər.

Rəsmi açıqlamaya görə, Türkiyə həbsxanalarında 171 azərbaycanlı var.

Həbslərin əsas səbəbləri arasında narkotik maddələrin qanunsuz dövriyyəsi, terror və oğurluq ilk üçlükdədir. Adam öldürmə, yaralama, qəsb etmə, yağmalama, cinsi istismarla bağlı cəzalar da bu qəbildəndir.

Qeyd edək ki, Türkiyə həbsxanalarında 120 ölkənin vətəndaşları cəza çəkir. 7 min 897 nəfər əcnəbi məhkumun 3 min 102-si suriyalıdır.

Xəbər xətti