Gömrükdən ayaqqabısında narkotik vasitə keçirmək istədi

İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşı Əhmədov Vüsal Əhməd oğlu özünü şübhəli və narahat apardığı üçün Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun ayaqqabısının hər iki tayında - tərliyinin altında gömrük nəzarətindən gizlədilmiş, cəmi 2 ədəd bükümdə qablaşdırma ilə birgə, ümumi çəkisi 33 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Tarix
20 Noyabr 2018 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-11-20 15:47:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin