"Google"dan möhtəşəm YENİLİK

19:20 - 20 Noyabr 2018 - MARAQLI

Dünyanın ən çox istifadəçisinə sahib olan axtarış sistemi - “Google” maraqlı yenilik edəcək.

Dəyişiklikdən sonra istifadəçilər axtarışlardan çıxan bütün nəticələrə həm də şərh yaza biləcəklər. Şirkət bu dəyişikliklə istifadəçilər arasında qarşılıqlı əlaqəni genişləndirmək niyyətindədir.

Hazırda məkan axtarışları üçün aktiv olan şərh yazma funnksiyasına bənzəyən bu yenilik sərhədlərini genişləndirərək bütün axtarış nəticələri üçün keçərli olacaq.

“Google” şərhlərin yayımlanması təqdirində isə bir növ süzgəc istifadə edəcək və ən yaxşı şərhlərin göstərildiyi sistem yaradacaq. Beləliklə, istifadəçilər axtardıqları bilgiyə dair daha öncə yazılan şərhlər sayəsində həmin bilginin keyfiyyəti haqqında öncədən məlumatlanacaqlar.

Verilən məlumata görə, şirkət hələ ki, bu dəyişiklik üzərində işləməkdədir.publika.az

Xəbər xətti