Türkiyədə TürkPA-nın iclası keçirilir

13:47 - 20 Noyabr 2018 - Xəbər

Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) VIII plenar iclası başlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, toplantı qapalı keçirilir. İclasda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım, Azərbaycan Milli Məclisinin sədri Oktay Əsədov, Qırğız Respublikası parlamentinin sədri Dastan Cumabekov, Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulin, Macarıstan Milli Məclisinin sədri Laslo Kyover, Şimali Kipr Türk Respublikası parlamentinin sədri Teberyuken Ulucay iştirak edirlər.

Toplantı başa çatdıqdan sonra qanunverici orqanların sədrləri ikitərəfli görüşlər keçirəcək. 

Xəbər xətti