Ana səhifə
17 Fevral 2019

Nazir müavini: "Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. 

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib. E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: "Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".

Tarix
20 Noyabr 2018 [13:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin