Ana səhifə
11 Dekabr 2018

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib

Noyabrın 20-də Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik N.Sadıkov Türkiyə tərəfinə regiondakı hərbi-siyasi, təhlükəsizlik və cəbhə xəttindəki hazırkı vəziyyət barədə məlumat verərək Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini bildirib. O, diqqətə çatdırıb ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində mümkündür.

Ölkələrimiz arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan general-polkovnik N.Sadıkov bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.

Ordu generalı Yaşar Gülər də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin, görüşlərinin təşkil olunmasının vacibliyini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Tarix
20 Noyabr 2018 [13:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin