Bakıda azyaşlı qızları fahişəliyə cəlb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə azyaşlı qızları aldatmaq və hədə-qorxu gəlmək yolu ilə fahişəliyə cəlb edən Bakı şəhər sakini Mehdiyev Cəlal Əli oğlu saxlanılıb.
Onun barəsində Nərimanov rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbrir seçib və o, Bakı İstintaq Təcridxanasına “etap” olunub.