Ana səhifə
11 Dekabr 2018

Bakıda 74 yol kəsişməsində sarı tor çəkiləcək

Bakıda 74 yol kəsişməsində sarı tor yol nişanı çəkiləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O, bildirib ki, paytaxtın Bakıxanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində tıxacların aradan qaldırılması üçün çəkilmiş sarı tor müsbət nəticə verib: "Əslində sarı torun bütün kəsişmələrdə salınması nəzərdə tutulub. Avropada, qonşu Türkiyənin özündə sarı torun üzərində kameralar da quraşdırılıb. Əgər işıqforun yaşıl işığı yanırsa belə, sürücünün oradan keçməsi mümkün deyilsə və o, yaşıl işıqda tora düşürsə, bu, inzibati tənbehə tabe tutulur. Ümumilikdə, bütün kəsişmələrdə, binaların çıxışında, xüsusilə yanğın, mühafizə çıxışlarında sarı torun tətbiqini planlşdırırıq. Hazırda təsdiq almışıq. Bakını 74 kəsişməsində sarı torun tətbiqi planlaşdırılır".

Agentlik rəsmisinin sözlərinə görə, bu, ciddi dərəcədə tıxacların aradan qalxmasına təsir göstərəcək: "Çünki kəsişmələr dolu olmayandan sonra nəqliyyat axını davam edəcək. Torun inzibati tənbehi bizim qurum tərəfindən həyata keçirilmədiyindən cərimə olunan nəqliyyat vasitələrinin statistik məlumatları bizdə yoxdur. Amma vizual araşdırma ərazidəki ənənəvi tıxacların azaldığını deməyə əsas verir".

Tarix
20 Noyabr 2018 [10:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin