Ana səhifə
11 Dekabr 2018

Yaxın 5 ildə MMS və SMS ləğv oluna bilər

Gələcəkdə insanlar telefonla daha az danışacaq.

Ucnoqta.az xəbər verir ki, bunu “Bakcell” MMC-nin baş icraçı direktoru Nikolay Bekers Trend-ə müsahibəsində deyib. N.Bekersin sözlərinə görə, mobil rabitə abunəçiləri səsli xidmətlərdən getdikcə az istifadə edir: “Amma bu, o demək deyil ki, telekommunikasiya xidmətlərindən istifadə olunmayacaq. Bildiyiniz kimi, bu gün telefon portativ kompüter funksiyası daşıyır. İnsanlar daha çox müxtəlif messencerlərdən istifadə etməklə ünsiyyət yaradır”.

​ N.Bekers onu da əlavə edib ki, qısa mesajla bağlı bəzi telekommunikasiya xidmətləri aktuallığını da itirməkdədir: “Bu gün abunəçilər SMS xidmətindən daha az istifadə edirlər. Bu tam normal prosesdir və texnoloji inkişafla bağlıdır. Bu gün istifadəçilər messencerlərdən, videoxidmətlərdən istifadə edir. Biz MMS xidmətindən dərhal imtina etməyəcəyik. Amma mənim proqnozlarıma əsasən, yaxın 5 ildə həm MMS, həm də SMS xidmətləri ləğv olunacaq”.

Tarix
19 Noyabr 2018 [20:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin