Ana səhifə
13 Dekabr 2018

Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - Video

Avtomobillə 2 ton yük daşımaq olar

Bərdə rayon sakini yararsız dəmir çəlləklərdən avtomobil hazırlayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayon sakini Tofiq Kərimovun hazırladığı avtomobil iki qapılıdır və maşına 4 nəfər əyləşə bilər. T.Kərimovun sözlərinə görə, avtomobilin hazırlanmasında VAZ-ın ehtiyat hissələrindən istifadə olunub.
Oturacaqlar isə BMW markalı avtomobilindir: "Bu, mənim ilk işimdir. Maşını əkin sahələrində istifadə etmək üçün hazırlamışam və olduqca çox rahat çalışır. Artıq bu avtomobildən kənd təsərrüfatı sahəsində istifadə edirəm. Bu avtomobillə tarladan 2 tona yaxın pambıq daşımaq mümkündür. Bundan başqa, avtomobilin üzərində müəyyən dəyişiklik etməyi planlaşdırmışam. Əlavə olaraq isə avtomobilin önünə otbiçən quraşdırmağı düşünürəm". O, əlavə edib ki, istənilən şəxs üçün 2000 manata bu avtomobildən hazırlaya bilər.

​Qeyd edək ki, avtomobil beş dəmir çəlləkdən istifadə olunmaqla beş ay müddətinə hazırlanıb.

Tarix
19 Noyabr 2018 [21:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin