Ronaldu Özilin "Real"dan ayrılmasına görə hələ də qəzəblidir

İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu türk əsilli futbolçu Mesut Özilin İspaniyanın "Real Madrid" klubundan ayrılmasından sonra narahat olduğunu etiraf edib.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu sabiq komanda yoldaşının İngiltərə "Arsenal"ına keçidinin onun üçün pis xəbər olduğunu söyləyib. Portuqaliyalı forvard Özilin onun əvvəlcədən nə edəcəyini bilən ən yaxşı oyunçu olduğunu bildirib:

"İndiyə qədər onun komandadan ayrılmasına görə hələ də qəzəblənirəm".
​Qeyd edək ki, Mesut Özil 2010-cü ildən 2013-cü ilə qədər "Real Madrid"də çıxış edib. Kriştianu Ronaldu isə 2009-cu ildən bu ilin yayına kimi İspaniya təmsilçisinin formasını geyinib.

Tarix
19 Noyabr 2018 [20:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-11-19 20:37:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin