Ana səhifə
13 Dekabr 2018

Sabah Bakının Xətai və Binəqədidə qaz olmayacaq

Bakı şəhəri Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Xətai rayonu Ağ şəhər ərazisində yeni çəkilmiş diametri 400 mm-lik polietilen orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Binəqədi rayonu Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində ayrılan yeraltı diametri 159 mm-lik orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Zahid Qəmbərov küçəsində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Xocalı, Nobel, Babək prospektləri, UPD qəsəbəsi, Yusif Səfərov, Sabit Orucov, Fəzail Bayramov küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

​Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Tarix
19 Noyabr 2018 [19:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin