Ana səhifə
13 Dekabr 2018

“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə Azərbaycan və dünya ədəbiy­yatının görkəmli nümayən­dələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədi ilə keçirilir.

“Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunur. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr, rayon (şəhər) mərhələsi yanvar-fevral, ölkə mərhələsi mart-aprel aylarında keçiriləcək.

Tarix
19 Noyabr 2018 [15:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin