Ana səhifə
13 Dekabr 2018

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Mərdəkanda

Əmlak Məsələləri Dövlət Komitəsi  göstərilən xidmətləri əhaliyə daha yaxın etmək üçün ictimai kampaniyaların keçirildiyi ərazilərin sayını artırmaqda davam edir. Vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması prinsipini rəhbər tutaraq  “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası bu həftə Mərdəkan qəsəbəsində təqdim olunur. Xidmətlərdən yararlanmaq istəyən sakinlər 19-23 noyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, Mədəniyyət sarayının qarşısındakı mobil ofisə yaxınlaşa bilər.

Komitənin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, kampaniya çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarına dair çıxarış almaq istəyən vətəndaşlar sənədlərini səyyar xidmət ofisinə təqdim edə bilər. Qeyd edək ki, sosial aksiya zamanı vətəndaşlara qeydiyyat ilə bərabər, hüquqi xidmətlər də göstərilir.  Sakinlər tərəfindən komitənin fəaliyyəti ilə bağlı ünvanlanan bütün suallar mütəxəssislər tərəfindən cavablandırılır, hüquqi məsləhətlər verilir. 

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının keçirilməsi vətəndaşların mülkiyyət hüququndan rahat istifadəsini təmin edir eləcə də, qanunvericiliyə uyğun leqal əmlakların sayını artırır. Bu kampaniya keçirildiyi hər bir kənd və qəsəbədə sağlamlıq imkanları məhdud və yaşlı sakinlərin maneəsiz qeydiyyat xidmətlərindən istifadə etməsinə şərait yaradır. 

Tarix
19 Noyabr 2018 [14:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin