Yeni ildə beş gün qeyri-iş günü olacaq

19:07 - 19 Noyabr 2018 - ÖLKƏ İÇİ

Azərbaycanda Yeni il bayramında beş gün qeyri-iş günü olacaq.

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2019-cu ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı ilə əlaqədar iş olmayacaq.

Bundan əlavə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf edir. Bu səbəbdən ölkədə dekabrın 29-dan yanvarın 2-si də daxil olmaqla, ardıcıl beş gün iş olmayacaq.

Yanvarın 3-ü, cümə axşamı Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.oxu.az

Xəbər xətti