Ana səhifə
15 Dekabr 2018

Bu il 2 tondan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 15 fərman, 54 sərəncam verilib.

Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan parlamenti tərəfindən 36 qanun qəbul olunub. Nazirlər Kabineti 23 qərar, beş sərəncam qəbul edib.

Əli Həsənov qeyd edib ki, bu ilin 10 ayı ərzində 2 655 fakt üzrə 2 ton 86 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb ki, onlardan 1 ton 177 kiloqramı heroin təşkil edib: "Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxsləri müalicə etməklə, onların sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilib".trend

Tarix
19 Noyabr 2018 [11:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin