DYP Göygöldə reyd keçirib

11:32 - 19 Noyabr 2018 - Xəbər

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Göygöl Dövlət Yol Polisi bölməsi rayon ərazisində reyd keçirib.

DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görə, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, qanunla istifadəsi qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrdən istifadə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sürücülük hüququ olmadan idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.

Yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.olke.az

Xəbər xətti