Bu ərazilərdə elektrik enerjisi fasilələrlə veriləcək

15:01 - 18 Noyabr 2018 - Xəbər

Noyabrın 19-dan 23-dək bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq” ASC-dən verilən məlumatda görə, buna səbəb Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi daşıyır. Bu səbəbdən də Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabrdan 23 noyabra qədər bəzi ərazilərdə elektrik enerjisi verilişində qısa müddətli fasilələr yaranacaq.

​Yaranmış narahatlığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Xəbər xətti