Ana səhifə
12 Dekabr 2018

Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb

Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb.

Mahmalar kənd sakini, 1979-cu il təvəllüdlü Elnur Nurməmməd oğlu Nurməmmədov gecə döş qəfəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirlib ki, E.Nurməmmədovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb. İlkin məlumata görə, hadisə Mahmalar kəndi ərazisində baş verib. E.Nurməmmədov hələ ki, adı açıqlanmayan tanışı ilə borc üstündə mübahisə edib. Mübahisə zamanı tanışı E.Nurməmmədova bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.report

Tarix
18 Noyabr 2018 [14:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin