Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

14:15 - 18 Noyabr 2018 - HADİSƏ

Yevlaxda mikroavtobus qəzaya uğrayıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Hadisə zamanı Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Samirə Cabbarova, Qazax rayon sakinləri - 1960-cı il təvəllüdlü Ayişə Şahmarova və 1957-ci il təvəllüdlü Yeganə Hüseynova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza nəticəsində habelə bir neçə nəfər də yüngül xəsarət alıb.

​Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti