Qırğızıstanda vilayət prokuroru qətlə yetirilib

12:41 - 18 Noyabr 2018 - DÜNYA

Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Kərimə Amankulova bildirib. K.Amankulova bildirib: "Faktla bağlı respublikanın Cinayət Məcəlləsinin "qətl" maddəsi üzrə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb, onunla əməliyyat-istintaq tədbirləri aparılır". Qeyd edək ki, Anarbay Mamajakıpov bu ilin may ayında Batken vilayətinin prokuroru təyin edilib. Daha əvvəl A.Mamajakıpov Talas şəhərinin prokuroru olub.

Xəbər xətti