Ana səhifə
11 Dekabr 2018

Hikmət Hacıyev: Azərbaycanla Belarus arasında çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur

Bu gün Azərbaycanla Belarus arasındakı münasibətlər siyasi, iqtisadi, ticarət, hərbi-texniki, mədəni, humanitar və digər sahələri əhatə edir.

Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq artır: “Həmçinin dövlətimizin başçısının yaxın vaxtlarda Belarusa səfəri nəzərdə tutulub. Bu qəbildən olan yüksək səviyyəli səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır və bu səfər çərçivəsində də çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur”.

​O qeyd edib ki, bu səfər nəticə etibarilə Azərbaycan və Belarus arasındakı əlaqələrin inkişafına daha da ciddi şəkildə təkan verəcək: "Dövlətimizin başçısı da Belarus səfirini qəbul edərkən bu məsələlər geniş şəkildə müzakirə olunub".trend

Tarix
17 Noyabr 2018 [13:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin