İstirahət gününə olan hava məlumatı açıqlanıb

12:30 - 17 Noyabr 2018 - Xəbər

Noyabrın 18-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10°, gündüz 14-16° isti, Bakıda gecə 8-10°, gündüz 14-16° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

​ Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 3-7° isti təşkil edəcək.

Xəbər xətti