Bakıda restoranda yanğın olub

12:17 - 17 Noyabr 2018 - HADİSƏ

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın (1-ci mərtəbəsi restoran, 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində restoranın tüstü borusunun içərisində yağ qalıqları 12 p.m və dam örtüyündə tüstü bacasının ətrafı 3 m² sahədə yanıb.

​Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Xəbər xətti