Ana səhifə
10 Dekabr 2018

Hikmət Hacıyev: "Ermənistan işğal edilmiş ərazilərdə faktaraşdırıcı missiyasının həyata keçirilməsinə imkan vermir"

 ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətini ermənilərin bu ərazilərdəki qanunsuz fəaliyyətinə yönəltmək vacibdir

 "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinin nəticəsində danışıqlar prosesində böyük problemlər yaranır və bu, ermənilərin maraqlarına cavab verir. Onlar status-kvonun qorunması üçün hər şeyi edirlər". Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı Bakıda keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, ermənilər Dağlıq Qarabağda bir neçə istiqamətdə qeyri-qanuni fəaliyyət göstərirlər. "Bura həm işğal altındakı ərazilərdə demoqrafiyanın dəyişdirilməsi, həm məskunlaşma siyasəti, həm təbii sərvətlərdən qanunsuz istifadə, həm çirkli pulların yuyulması, həm infrastrukturun dəyişdirilməsi, həm maddi-mədəni irsin məhv edilməsi, həm turizm qurulması, həm də işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər edilməsi aiddir", - o deyib.

​H.Hacıyev qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə təbii sərvətləri məhv edərək və talan edərək orada faktaraşdırıcı missiya aparmağa imkan vermir, çünki bu, onlara sərf etmir. H.Hacıyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətini ermənilərin bu ərazilərdəki qanunsuz fəaliyyətinə yönəltmək vacibdir.

Tarix
17 Noyabr 2018 [11:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin