Axtarışda olan 29 nəfər saxlanılıb

10:45 - 17 Noyabr 2018 - Xəbər

Noyabrın 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin cinayətlərin 11-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

​Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Xəbər xətti