“Vaşinqton post”: Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib

10:35 - 17 Noyabr 2018 - DÜNYA

 “Jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman verib”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gəldiyi bu qənaəti “Vaşinqton post” qəzeti yayıb. Bildirilib ki, bu məlumatı MKİ-nin yüksək vəzifəli şəxsi verib. Məlumata görə, bu hadisə ABŞ Prezidenti Donld Tramp hakimiyyəti ilə Məhəmməd bin-Salman arasında əlaqələrin saxlanılmasını çətinləşdirib.
MKİ-nin yekun rəyinə əsasən, vəliəhdin qardaşı Krallığın ABŞ-dakı səfiri Xalid bin-Salmanın Türkiyəyə gəlməzdən əvvəl Casmal Qaşıqçı ilə arasında telefon danışığı olduğunu bildirib. O, həmin danışıqda Qaşıqçıya İstanbula gedib, sənədlərini Səudiyyə Ərəbistanının Baş Konsulluğundan alması üçün təhlükənin olmadığını söyləyib.
Məlumata əsasən, bu danışıq Məhəmməd bin-Salmanın tapşırığı ilə baş verib. Ancaq Xalidin cinayətdən xəbərdar olub-olmadığı isə hələ ki, məlum deyil.

​Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin sözçüsü Fatimah Beşen MKİ-nin irəli sürdüyü iddaları təkzib edib.

Xəbər xətti