Azərbaycan əhalisinin sayı Açıqlandı

10:10 - 17 Noyabr 2018 - ÖLKƏ İÇİ

Azərbaycan əhalisinin 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə sayı açıqlanıb

Belə ki, əhalinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 9 milyon 959 min 245 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

​Qeyd edək ki, əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əahlisi kənd sakinləridir. Məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Xəbər xətti