Ana səhifə
15 Dekabr 2018

İnterpol rəhbəri vəzifəsinə əsas namizədlər açıqlanıb

Rusiya vətəndaşı Aleksandr Prokopçuk İnterpol rəhbəri postuna əsas namizəddir.

Bu barədə Britaniyanın "The Times" qəzeti hökumətdəki mənbəyinə istinadən yazıb.
Qeyd olunur ki, 2011-ci ildən etibarən Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəisi olan A.Prokopçuk həm də 2016-cı ildən İnterpolun vitse-prezidentidir. Qəzetin məlumatına görə, onun noyabrın 21-də keçiriləcək seçkilərdə təşkilatın prezidenti seçilməsi, demək olar ki, təmin olunub. Mənbə deyib ki, Britaniya hökuməti A.Prokopçukun seçiləcəyinə əmindir və buna mane olmaq niyyətində deyil. Qəzetin bilgisinə görə, rusiyalının yeganə rəqibi hazırda İnterpolun başçısı vəzifəsini icra edən Cənubi Koreya vətəndaşı Kim Çen Yanqdır. Eyni zamanda Cənubi Afrikanın da təşkilatın rəhbəri postuna namizədini irəli sürəcəyi də istisna edilmir.

​Xatırladaq ki, İnterpolun rəhbəri Men Hunvey istefa verib. O, Çində qanun pozuntusunda şübhəli bilinir, onun barəsində yoxlamalar aparılır.report

Tarix
17 Noyabr 2018 [14:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin