Ana səhifə
11 Dekabr 2018

Azərbaycanlı teatrşünaslar beynəlxalq konqresdə iştirak edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları Məryəm Əlizadə və İsrafil İsrafilov Rusiyada işgüzar səfərdədirlər.

Ucnoqta.az xəbər verir ki, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri Məryəm Əlizadə və həmin təşkilatın sədr müavini İsrafil İsrafilov Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Avropa Teatrı Mükafatı ilə birgə təşkil etdiyi 29-cu Dünya Konqresində iştirak edəcək.
Rusiyanın Sankt-Peterburq şəhərində 13-18 noyabr tarixlərində baş tutacaq tədbirdə teatr sənətinin aktual problemləri müzakirə olunacaq. BTTA-a prezident seçkisindən sonra VII Thalia Mükafatı təqdim olunacaq. Bu ilki mükafat alman teatrşünas, postdramatik və müasir teatr nəzəriyyəçisi Hans-Tis Lemana təqdim olunacaq.

Konqres çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən gəlmiş teatrşünasların iştirakı ilə “Səhnə sənətləri: azadlıq və tolerantlıq” mövzusunda teatr konfransı keçiriləcək. Azərbaycanlı professorlar Məryəm Əlizadə və İsrafil İsrafilov konfransda məruzə ilə çıxış edəcəklər.

Tarix
16 Noyabr 2018 [20:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin