Cennifer Lopezin geyimi mübahisələrə səbəb oldu - Fotolar

22:45 - 16 Noyabr 2018 - MAQAZİN

Cennifer Lopezin klip çəkilişinə geyindiyi paltar mübahisələrə səbəb oldu

Bir neçə gün əvvəl yaşıl paltarı gündəmə gələn məşhur müğənni Cennifer Lopez yenə də geyim məsələsi ilə sosial şəbəkədə mübahisələrə səbəb oldu.
“Ölkə.Az” xəbər verir ki, bu dəfə müğənni yeni mahnısının klipi üçün əcaib şalvar geyinib. Şalvarın beli elə formadadır ki, Cenniferin alt paltarı əməlli-başlı görünür.
Qızıl və gümüş aksesuarlar taxan Lopez çəkilişdən əvvəl kamera arxası hazırlıqlarla da maraqlanıb. Cenniferin geyimi fanatlarını iki yerə bölüb. Bəziləri paltarın ona yaraşdığını, bəziləri isə yaşına uyğun olmadığını bildirib.


Xəbər xətti