Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Babək prospektində gördüyü işləri dekabrın 10-na qədər tam yekunlaşdıracaq və yolu istifadəyə verəcək.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib. “Hazırda prospektdə 1 km məsafədə asfaltlanma işləri aparılır”, - deyə o əlavə edib.