Bərdədə 64 yaşlı qadını avtomobil vuraraq öldürüb

15:47 - 16 Noyabr 2018 - HADİSƏ

Bərdə rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini, 1954-cü il təvəllüdlü Əsli Seyfəddin qızı Məmmədovanı vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti