Ana səhifə
11 Dekabr 2018

Xızıda 29 baş iribuynuzlu heyvan oğurlayan iki nəfər saxlanılıb

Xızıda 29 baş iribuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağdərə kəndi yaxınlığında yerləşən fermaların birindən 29 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 30.000 manata qədər maddi ziyan vuran iki şəxs saxlanılıb.
Araşdırmalarla onların Abşeron rayonu Ceyranbatan qəsəbə sakinləri Xətai Ələkbərli və Vicay Təhməzov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf edərək, iribuynuzlu heyvanları satmaq məqsədi üçün oğurladıqlarını bildiriblər.

Oğurlanmış 29 baş iribuynuzlu heyvan maddi sübut kimi polis əməkdaşları tərəfindən aşkar edilərək zərərçəkmişə qaytarılıb.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Tarix
16 Noyabr 2018 [15:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin