UEFA Azərbaycanın 7 klubuna vəsait ayırıb

18:28 - 16 Noyabr 2018 - İDMAN

UEFA 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubdan 7-nə vəsait ayırıb. 

Ödəniş Avropa futbol qurumunun “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində həyata keçirilib. Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinə 507 579,57 avro ödənilib. Bunlar "Zirə", "Keşlə", "Sumqayıt", "Səbail", "Neftçi", "Kəpəz" və "Qəbələ"dir. "Qarabağ" 2016-2017 mövsümünün yekununda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün bu vəsaiti əldə etməyib.

Qeyd edək ki, UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.report

Xəbər xətti