Kosovo – Azərbaycan matçının biletləri satışda

12:19 - 16 Noyabr 2018 - İDMAN

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Kosovo – Azərbaycan oyununun biletləri satışa çıxarılıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, görüşün biletləri “online” şəkildə də satışdadı.

Biletlərin qiyməti son iki oyunda olduğu kimi, 2 avrodan başlayır. Ümumiyyətlə, biletlərin qiymətləri 2, 3, 5 və 10 avrodu. VİP yerlər isə 50 avro dəyərindədi.
Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu noyabrın 20-də keçiriləcək.

Xəbər xətti