Abel Məhərrəmovun “piyan” çıxışı harda olub? - Hələ o video yayılmayıb

11:51 - 16 Noyabr 2018 - Xəbər

Dünəndən ölkə gündəmini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun işdən qovulması və buna səbəb olan sensasion faktlar zəbt edib. 

Belə ki, şeyxülislam Allahşükür Paşazadə ilə ölkənin bir qrup deputat və ziyalılardan ibarət nümayəndə heyəti İspaniyada beynəlxalq konfransa gedərkən onu səfərdə müşayiət edən BDU rektorunun “sərgüzəştləri” ölkədə ciddi rezonansa səbəb olub. Akademikin səfərboyu içkili olması, uçduğu təyyarədə belə şərab çəlləkləri daşıması şok effekt yaradıb. Dünən günün sonunda həmin tədbirdən fotolar və videolar, hətta A. Məhərrəmovun çıxışı yayılıb.

Lakin həmin çıxışın videousunda rektor necə deyərlər ağlı başında biri kimi çıxış edir, içkili olduğu hiss olunmur və məntiqi fikirlər səsləndirir. Belə dümək mümkünsə, bu çıxış əslində, yazılanları təkzib edirdi.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”ya bu gün səhər səfərdə iştirak edən nümayəndə heyətinin üzvlərindən biri müraciət edərək yayılan çıxışın konfransın əvvəlinə aid olduğunu və oteldə qeydə alındığını deyib. Onun sözlərinə görə, akademikin sərxoş halda çıxışı Madrid universitetlərinin biri Fransisko de Vitoriya Universitetində baş verib. Hətta burada Abel Məhərrəmov konfransın prezidiumuna daxil olan 5 nəfərdən biri olub. O, tribunaya çıxaraq belə demək mümkünsə rektor kimi taleyinin son çıxışına imza atıb.

Və həmin çıxışın fotolarını əldə etsək də, video görüntüləri hələ ki, yayımlanmayıb.


Xəbər xətti