Ramiz Rzayev: "Ötən il Azərbaycan məhkəmələrində 389 min 580 işə baxılıb"

11:47 - 16 Noyabr 2018 - Xəbər

"Azərbaycanda 540-550 məhkəmə hakimi var və ölkənin əhalisi isə 10 milyon nəfərə yaxındır. Avropa standartları ilə götürsək Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə KİV rəhbərləru ilə keçirilən görüşdə deyib. O bildirib ki, Avropa standartlarına görə isə əhalinin hər 100 min nəfərinə 20 hakim düşməlidir.

R.Rzayev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 15 min 919 işə baxılıb: "Bunlardan 357 mini mülki, 5 mini iqtisadi, 27 mini isə inzibati işlərdi. Ümumilikdə isə Azərbaycan məhkəmələrində 2017-ci ildə 389 min 580 işə baxılıb. 500 hakimin bu qədər işə baxılması isə çətindir".

Xəbər xətti