Metropoliten işçi axtarır

11:29 - 16 Noyabr 2018 - Xəbər

 “Bakı Metropoliteni” QSC mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir

“Bakı Metropoliteni” Qapalı Səhmdər Cəmiyyəti Sağlamlıq, əməyəin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir. QSC-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir:

TƏLƏBLƏR:

Təhsil/ Təcrübə
• Ali təhsil (tələb olunan sahə üzrə);
• Yaş: 25-45;
• 3 ildən yuxarı iş təcrübəsi;
• Hərbi mükəlləfiyyətli;
• Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli;
• "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində bilməli;
• İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli;
• dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri: 

• Ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
• Təhqiqat və monitorinqlərin aparılması;
• İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;
• Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması;
• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
• Mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi;
• Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması
• Qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi.

İş rejimi: 09:00-18:00
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Xəbər xətti