Ana səhifə
13 Dekabr 2018

Göyçayda avtomobildə mənşəyi bilinməyən 500 kiloqram ət aşkarlanıb

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, növbəti belə tədbir DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə noyabrın 15-də Göyçay rayonu ərazisində keçirilib.
Birgə tədbirlərlə noyabrın 15-də saat 7 radələrində Göyçay rayonu ərazisində Mingəçevir şəhər sakini Məhəmməd Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilin yük yerindən mənşəyi bilinməyən, çəkisi 500 kiloqram ət aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
16 Noyabr 2018 [11:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin