Tovuzda 41 yaşlı qadını avtomobil vurub

21:07 - 15 Noyabr 2018 - HADİSƏ

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Tovuz rayonunun Düz Cırdaxan kənd sakini, 1977-ci il təvəllüdlü İşadə Müzəffər qızı Əliyevanı Əyyublu kəndi ərazisində avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

​Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti