Sabah Lənkəranda su olmayacaq

20:50 - 15 Noyabr 2018 - Xəbər

Sabah Lənkəran şəhərinə və ətraf yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, su təchizatı sistemlərində aparılan yenidənqurma işləri ilə əlaqədar məhdudiyyət yaranacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti