FIFA Türkiyə klubuna transfer qadağası qoyub

20:24 - 15 Noyabr 2018 - İDMAN

FIFA Türkiyənin "Kayserispor" klubunu cəzalandırıb.

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, qurum Türkiyə təmsilçisinə transfer qadağası qoyub. Komanda buna görə qış transfer pəncərəsində yeni oyunçu ala bilməyəcək.
Səbəb "Kayserispor"un 2015-2016 mövsümündə İspaniya "Malaqa"sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə əmək haqqı kimi 150 min avronun vaxtında ödəməməsidir.

​Qeyd edək ki, Adnan Tiqhaduini "Kayserispor"da cəmi 7 oyuna çıxıb.

Xəbər xətti