Ən etibarlı avtomobillərin SİYAHISI

21:31 - 15 Noyabr 2018 - Xəbər

ABŞ-ın “Consumer Reports” jurnalı 3 iri region üzrə ən etibarlı avtomobillərin reytinqini tərtib edib.

Asiya regionunda rəy sorğularına əsasən, “Lexus”, “Toyota”, “Mazda”, “Subaru” və “Kia” ən etibarlı avtomobillər hesab olunub. Avropa regionunda bu siyahıda “Audi”, “BMW”, “Mini Cooper”, “Porsche” və “Volkswagen” yer alıb. Amerikalı istehlakçılar isə “Ford”, “Buick”, “Lincoln”, “Dodge” və “Jeep”i etibarlı hesab edib.

Bundan başqa, ekspertlər ən təhlükəsiz modellərin siyahısını tərtib edib. Bu reytinqə “Lexus GX”, “Toyota Prius C”, “Mazda MX-5 Miata” və “Subaru Crosstrek” daxil olub.trend

Xəbər xətti