Ana səhifə
12 Dekabr 2018

Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, yoxlama zamanı, zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan bükümdə 60 ədəd açıq qəhvəyi rəngli üzərində "F/M40" nişanəsi olan metadon adlı dərman preparatları, 18 ədəd qırıntı halında həblər və çəkisi 2,173 qram olan açıq qəhvəyi rəngli toz halında metadon aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edir.

Tarix
15 Noyabr 2018 [15:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin